“Öləndən sonra da onu döymək istəyirdi”
Ağstafada 6 yaşlı uşağın atası tərəfindən öldürülməsinin səbəbi bəlli olub.
Azyaşlının anası Jalə Musayeva bildirib ki, Şəmsəddinin bacısı Sevgi ilə oynayarkən bacısı ilə dalaşıb.
Atası isə uşağı bu əməlinə görə böyük bir odun parçası ilə döyməyə başlayıb.
“Famil uşağı döyərkən onun əlindən alıb evə apardıq. Əsəbi soyumayan Famil onun dalınca gələrək başından vurdu. Uşağın başı stula dəydi və xəsarət aldı. Nə qədər köməklik göstərsək də, onun həyatını xilas etmək mümkün olmadı. Famil hətta Şəmsəddin öləndən sonra da kəndir axtarırdı ki, uşağın meyitini çarpayıya bağlayıb yenə döysün. Ancaq biz ona imkan vermədik” – deyə J.Musayeva bildirib.
Kənd sakinləri isə Famil Pərvanəyevin əvvəllər məhkum olunduğunu, həyat yoldaşının ondan boşanmaq istədiyini, lakin Familin qadını boşanacağı halda öldürəcəyi ilə təhdid etdiyini bildirdilər.
Övladını döyərək öldürən kişi mütəmadi olaraq həyat yoldaşını da döyürmüş.