Putin qan tökür
Moskvada 4 yaşlı qızı öldürən Gülçöhrə Bobokulova bəyan edib ki, bu əməli ilə o, müsəlmanları təyyarələr ilə bombaladığı üçün Rusiya prezidenti Vladimir Putindən qisas alıb.
Qatilin dindirilməsindən olan video YouTube-da yerləşdirilib.
“Putin qan tökür. Niyə heç kim heç nə demir? Onlarda yaşamaq istəyirlər – körpə-körpə uşaqlar”, - o deyib.
Müstəntiqin uşağın qətlinin səbəbinin məhz bu olduğuna dair suala Bobokulova təsdiqləyici cavab verib.
Xatırladaq ki, Moskvada fevral ayının 29-da “Oktyabrskoe pole” metro stansiyası yaxınlığında uşağın qətlində şübhəli bilinən dayə saxlanılıb. O, uşağın kəsilmiş başını əlində tutaraq özünü partladacağı ilə ətrafdakıları hədələyib. Uşağın vəhşicəsinə qətlə yetirilməsinə dair cinayət işi açılıb.