Qatil sonda intihar edib
Hindistanın Txana şəhərində 35 yaşlı Hansil Varekar 14 ailə üzvünü öldürüb, sonra isə intihar edib. Öldürülənləa arasında onun arvadı, valideynləri, üç bacısı və səkkiz uşağı var.
Varekar onların hamısını fevralın 28-ə keçən gecə, yatdıqları yerdə bıçaqla doğrayıb.
Polislərin sözlərinə görə, şənbə günü Varekar ailəsində şənlik olduğu üçün qohumların əksəriyyəti onlarda qalmalı olub.
İlkin məlumata əsasən, cinayətkar evdə bütün qapıları bağlayıb, sonra isə yatan insanları öldürməyə başlayıb. Daha sonra Hansil Varekar intihar edib.
Hansil Varekarın bacılarından biri sağ qalıb. Boğazından yaralanan qadın köməyə çağırmağa başlayıb və onun səsini qonşular eşidib. Evə pəncərədən girən qonşular sonradan polisləri çağırıblar.
Cinayətin motivləri hələlik məlum deyil.
Varekar ailəsi şəhərdə tanınmış ailələrdən biri olub. Hansil Varekar şəxsi şirkətdə mühasib işləyirdi.