Əmlak bazarında olan qiymətlər süni olaraq artırılır
Bu barədə ekspert Vüqar Bayramov bildirib. O, bəzi ekspertlərin mənzillərin qiymətinin artacağı ilə bağlı məlumatları bilərəkdən yaydığını deyib: “Neftin dünya bazar qiyməti aşağı düşəndən bəri bəzi ekspertlər, hər ay olmasa da rübdə bir dəfə gələn aydan mənzil bazarında qiymətlərin yüksələcəyi ilə bağlı açıqlamalar yayırlar. Bu günlərdə yenidən əmlak bazarında qiymət artımları ilə bağlı açıqlama yayılıb. Bu məlumatlarda məqsəd aydındır: qiymət artımları ilə bağlı məlumatı oxuyan müəyyən qədər pulu olan və ev axtaran alıcı mənzil bazarına daxil olacaq və "qiymət artımları" baş vermədən ev almağa tələsəcək. Yəni vətəndaş düşünəcək ki, qiymət artacaq, tez alım ki, ucuz alım. Bununla da süni tələb formalaşacaq, süni qiymət artımları baş verəcək və nəticədə insanlar itirəcək, bir qrup “makler-biznesmenlər” qazanacaq.
Sanki əmlak bazarında hamı əlində pul ev axtarır, amma mənzil tapa bilmir. Halbuki, bazarda elə mənzillər var ki, nəinki aylardır, hətta illərdir alıcısını tapa bilmir. Qiymətdə Almaniyanın paytaxtı Berlin ilə “rəqabətə” girən Bakının mənzil bazarında əslində neft bumu dövrü yaranan “köpüklər” yavaş-yavaş partlamaqdadır. Belə məlumatlar ilə yenidən əmlak bazarında belə “köpüklər” yaradıb insanları mənzil almaq imkanından mərhum etməyə nə ehtiyac var? Maraqlıdır, mənzillərin qiyməti niyə artmalıdır? Neftin qiyməti kəskin yüksəlibmi? İpoteka krediti bərpa olunubmu? Banklar kredit faizlərini kəskin aşağı salıbmı? Rusiyadan Azərbaycana göndərilən pulların həcmi artıbmı? Dövriyyədəki pulun həcminin azaldığı bir zamanda əmlak bazarına yeni vəsait daxil olubmu? Bunların heç biri baş verməyib. O zaman mənzillərin qiyməti niyə artmalıdır ki? ”