BƏS DEYİRLƏR O SULTANIM BURDADIR

BƏS DEYİRLƏR O SULTANIM BURDADIR Bizim elin qızları gözəl olur,
Ən gözəli küsəndə dəcəl olur.
Eşqdən yazsam yarısı qəzəl olur,
Nəqarət; 2 dəfə
Bilmirəm o yarı canım hardadır,
Bəs deyirlər o sultanım burdadır.

İstəyirəm taleyimlə barışam,
Eşq odunda yarı suyam, yarı şam.
Tüstülənib mən boynuna sarışam,
Nəqarət; 2 dəfə
Bilmirəm o yarı canım hardadır,
Bəs deyirlər o sultanım burdadır.

Bozaribdı gözlərimin qarası,
Sağalmayır Qara xanın yarası.
Qovuşmaqmış dərdlərimin çarəsi,
Nəqarət; 2 dəfə
Bilmirəm o yarı canım hardadır,
Bəs deyirlər o sultanım burdadır.

Oxşar xəbərlər