Rusiyada ötən gecə hava hücumundan müdafiə qüvvələri ümumilikdə 17 ədəd Ukraynaya məxsus pilotsuz uçuş aparatını vuraraq sıradan çıxarıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, onlardan 6-sı Voronej vilayəti, 5-i Belqorod vilayəti, 2-si Bryansk vilayəti, 2-si Kursk vilayəti üzərində, hərəsi bir olmaqla isə Lipetsk və Tambov vilayətləri üzərində məhv edilib.