
“The Hill” xəbər verir ki, Tramp bu istiqamətdə işlərin davam etdiyini bildirib.
“Eşitdim ki, onlar böyük irəliləyiş əldə edirlər və nə baş verəcəyini görəcəyik”, – deyə o vurğulayıb.
Kirkin qatilini “heyvan” adlandıran Tramp əlavə edib: “Çarli Kirk hər cəhətdən gözəl və böyük insan idi, xüsusən də gənclər üçün. Bu adamın etdiyi utancvericidir. Ümid edirəm ki, onu yaxalayacağıq və onunla çox uyğun şəkildə davranacağıq”.