“Test ismarışları yaddaqalan deyildi”
Elektron poçtun ixtiraçısı Rey Tomlinson həyatının 75-ci ilində ABŞ-da vəfat edib.
Bu barədə BBC xəbər verir.
Ölümə səbəb ürəktutması olduğu ehtimal edilir.
Tomlinson 1971-ci ildə bir kompüterdən digərinə məktub göndərib. Bu hadisə onun Bolt, “Beranek and Newman” (BBN) şirkətində işlədiyi zaman baş vermişdi, şirkət “Arpanet” kimi tanınan internetin erkən versiyasının yaradılması ilə məşğul olurdu.
Məhz Tomlinson poçt ünvanlarının təsviri üçün müəyyən sistemlərə mənsubiyyətini bildirmək üçün @ (at-sign) simvolunu istifadə edilməsini təklif edib.
Tomlinson özü ilk elektron məktublarda nə yazıldığını xatırlaya bilmədiyini, test ismarışlarının yadında qalmadığını deyirdi.
“Bu test ismarışları yaddaqalan deyildi, ona görə də unutmuşam. Hər şeydən öncə ilk ismarış QWERTYUIOP və ya buna bənzər bir şey idi”, - “The Telegraph” onun ilkin bəyanatlarını xatırlayıb.
2012-ci ildə Tomlinson internetin şərəf zalına “İnnovatorlar” kateqoriyasında daxil oldu.