
Bu barədə avtomat hidroloji stansiyalardan bildirilib.
Böyük Qafqaz ərazisindən axan Əyriçayda 116 sm, Vəlvələçayda 18 sm, Katexçayda 16 sm, Qudiyalçayda 5 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçayda 3 sm, Kürəkçayda 6 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tutqunçay və Oxçuçayda 3 sm, Araz çayının yuxarı axınında 37 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda 6 sm artım qeydə alınıb.
Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 19 sm artıb, su sərfi 653 m3/san olmaqla normanın 87%-ni, Qanıx-Cəlayir məntəqəsində isə suyun səviyyəsi 56 sm artıb, su sərfi 270 m3/san olmaqla normanın 133%-ni təşkil edir.
Yaxın günlərdə gözlənilən yağıntılarla əlaqəli çaylarda yüksək sululuğun davam edəcəyi, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.