“3+3” format Qafqazda kommunikasiya tıxanmaları məsələsinin araşdırılması və razılaşdırılması üçün əla və zəruri mexanizmdir”. JAMAZ.İNFO bildirir ki, bu fikirlər İranın Türkiyədəki keçmiş səfiri Məhəmməd Fərəzməndə məxsdudur.
Onun sözlərinə görə, Zəngəzur dəhlizini yaratmaq, İran və Ermənistan sərhədində Rusiyanın nəzarəti diplomatik yolla həll edilməli olan bir mübahisədir. “Bu məsələni hətta media səviyyəsində belə qonşular arasında münasibətlərə kölgə salan problemə çevirmək düzgün deyil”.
Fərəzmənd hesab edir ki, 2021-2023-cü illərdə Ankara və Bakının belə bir dəhlizin yaradılmasına rəhbərlik etdiyi, onun emosional və media ölçülərinin diplomatik təşəbbüsləri üstələdiyi bir vaxtda bu, diplomatiyaya mane olacaq.
Keçmiş səfir deyib ki, Zəngəzur yolu Ermənistan hakimiyyətinin nəzarəti altında olan tranzit yoldursa, buna qarşı çıxmaq üçün heç bir hüquqi və beynəlxalq əsas yoxdur. “Həmin yol İranın Avropaya çıxışını məhdudlaşdırırsa, bunu dəqiqləşdirmək lazımdır. Müzakirə etmək, ortaq dil tapmaq üçün cəhdlər edilməlidir”.