Türkiyənin Azərbaycana təyin olunan yeni səfirindən ilk açıqlama

Türkiyənin Azərbaycana təyin olunan yeni səfirindən ilk açıqlama "Prezidentimizin qərarı ilə Türkiyə Maarif Fondununun Himayədarlar Heyətinin Daimi üzvlüyündən dost və qardaş ölkə Azərbaycana səfir təyin olundum".

Bunu Türkiyənin Azərbaycana təyin olunan yeni səfiri Cahit Bağçı tvitterdə yazıb.

“Bizi bu qürurverici və şərəfli vəzifəyə layiq görən cənab Prezdentmizə təşəkkürlərimi bildirirəm”, - səfir bildirib.

Cahit Bağçı daha sonra bu vəzifəyə təyin olunmasına dəstək verdiyi üçün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna təşəkkür edib:

“Əsaslı dostluq və qardaşlıq ruhu, şövqlə işçi arı kimi işləyəcəyik. Allah vəzifəmizi üzüağ yerinə yetirməyi nəsib eləsin”.

Xatırladaq ki, aprelin 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onu Azərbaycana yeni səfir təyin edib.

Oxşar xəbərlər