Suriya prezidenti Moskva səfərində: Əsəd Putinə hesabat verir, yoxsa birdəfəlik qaçıb?

Suriya prezidenti Moskva səfərində: Əsəd Putinə hesabat verir, yoxsa birdəfəlik qaçıb? Redaksiyamız ilk instansiyalara istinadla xəbər verir ki, Suriya Prezidenti Bəşər Əsəd artıq Moskvadadır və bu gün Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Bu barədə Rusiya mənbələrinə istinadən Telegram kanalı “ЕЖ” məlumat yayıb.

Görüş ərəfəsində Suriyanın şimalında vəziyyət kəskinləşib. Son günlərdə Suriya müxalifət qüvvələri hökumət ordusuna qarşı gözlənilməz hücum təşkil edərək, xüsusilə Hələb ətrafında strateji mövqeləri ələ keçiriblər.

Ekspertlərə görə, Əsədin Moskvaya təcili səfəri məhz bu hadisələrlə əlaqədardır. Görüş zamanı həm hərbi, həm də siyasi məsələlərin müzakirə ediləcəyi gözlənilir. Rusiya, Suriya hökumətinə dəstək mövqeyini qoruyub saxlayır, lakin müxalifətin son hücumları bu dəstəyi daha konkret addımlara çevirmək zərurəti yaradır.

Bu görüş regiondakı qüvvələr nisbətinə təsir edə biləcək əhəmiyyətli siyasi hadisə kimi qiymətləndirilir.

Bəzi instansiyalar iddia edirlər ki, Bəşər Əsəd Moskvaya qaçıb və geri dönməyəcək...

Oxşar xəbərlər