
“Report” xəbər verir ki, onun sözlərinə “Anadolu” agentliyi sitat gətirib.
“Biz Əsədin etdiklərini qəbul etdiyimizi heç vaxt deməmişik və deməyəcəyik. Bizə sual olunub: ədalətli seçkilər keçiriləcəyi təqdirdə Əsədlə işləyəcəksinizmi? Mən cavab verdim: əgər belə (demokratik – red.) seçkilər olarsa, hamı bu vəziyyəti nəzərdən keçirə bilər. Mən bizim Əsədlə işləyəcəyimiz və ya onu qəbul edəcəyimiz anlamına gələ biləcək ifadə işlətməmişəm”, – deyə Çavuşoğlu bildirib.