Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir

Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir

Martın 14-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu işə başlayıb. Əvvəlcə xatirə fotosu çəkilib.Forumda Prezident İlham Əliyev və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin və digər şəxslər çıxış ediblər.
XI Qlobal Bakı Forumunda 68 ölkədən 400-dən çox qonaq iştirak edib.
XI Qlobal Bakı Forumunu açıq elan edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin çıxışı zamanı qeyd edib ki, Qlobal Bakı Forumu məxsusi təcrübəyə və müdrikliyə malik, fərqli rəyləri söyləyən tanınmış insanları bir araya gətirən unikal azadlıq məkanıdır və orada onlar təhdidləri azaltmaq və vədləri həyata keçirmək üçün bütün həmin məsələlərlə bağlı öz fikirlərini ifadə edə bilərlər. Bütün bu və ya digər məsələləri müzakirə etmək, söhbətlərdə ümumbəşəri dəyərlərə sadiq olmaq, arqumentlərdə rasionallığı göstərmək üçün imkan yaranır və onlar öz müdrikliklərinə əsaslanaraq bilik və təcrübələrini təsdiq edirlər.
Həmçinin Prezident İlham Əliyevin çıxış edərək bildirib ki, Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından biz həqiqətən də görürük ki, hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir.

Bakıxanov qəsəbəsi, 107 saylı tam orta məktəbin
kitabxana müdiri Nübar Əliyeva


Oxşar xəbərlər