Bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür

Bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirə çıxışında ölkəmiz üçün olduqca mühüm məsələlərə toxunub. İqlim dəyişikliyi dünyanın və ölkəmizin su ehtiyatlarına ciddi təsirini göstərir. Bu dəyişiklikliklər nəticəsində müxtəlif ölkələrdə çay, göl, buzlaqlarda suyun səviyyəsinin azalması və ya buzlaqların əriməsi nəticəsində suyun səviyyəsinin artması və nəticədə ətraf yaşayış məntəqələrinin suyun altında qalması məlum olmuşdur. Bu isə müəyyən müddətdən sonra əhalinin ərzaq qıtlığı ilə üzləşəcəyini göstərir. Orta çoxillik temperaturlar çoxillik normaya nisbətən artıb, çay sularının illik axımında rejim dəyişkənliyi baş verib və bəzi çaylarda illik axım həcmi 12-15% azalıb. Kür-Araz çaylarının mənsəbində və arid zonada yerləşən Azərbaycan üçün bu problem daha aktual və mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev ölkəmizin su təhlükəsizliyinin təmin olunmasını milli təhlükəsizliyin strateji tərkib hissəsi kimi daim diqqət mərkəzində saxlamağın vacibliyini bildirir.
Qlobal iqlim dəyişikliyinin yaratdığı su qıtlığı risklərinə qarşı dövlət başçısının tapşırığı ilə hazırlanan sistemli tədbirlər planı su ehtiyatlarından qənaətlə istifadə və itkilərin qarşısının alınması üçün müasir texnologiyaların tətbiqini sürətləndirib. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə böyük su infrastrukturu layihələri 2022-ci ildə aktiv mərhələyə keçib. İşğaldan azad edilmiş Zəngilan, Cəbrayıl və Kəlbəcər rayonlarında suvarma sistemləri idarələri uzun fasilədən sonra yenidən fəaliyyətə başlayıb. İşğalçı Ermənistanın vaxtilə ölkəmizə qarşı terror aləti kimi istifadə etdiyi “Sərsəng” və “Suqovuşan” su anbarlarının yenidən nəzarətimiz altına alınmasının əhəmiyyəti ondan ibarətdir ki, işğalçının su terroru imkanına son qoyuldu. 30 il ərzində hərbi təcavüzlə yanaşı, siyasi və iqtisadi təzyiqlərə məruz qalan Azərbaycan bu gün daxili imkanları hesabına Qarabağda və Şərqi Zəngəzurda sürətli bərpa-quruculuq işlərini aparır, eyni zamanda, regionların inkişaf proqramlarını da uğurla həyata keçirir.Bütün bu uğurlu islahatları görən hər bir azərbaycan vətəndaşı işıqlı gələcək naminə ictimai və dövlət maraqlarının qorunması məsələlərində mütləq şəkildə toplumun, dövlətin gələcəyini düşünməli , öz dəstək töhfəsini verməlidir.


Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Şələ Səmədovala

Oxşar xəbərlər