SEPAH quru qüvvələri ölkənin cənub-şərqində, Pakistanla sərhəd yaxınlığında, Sistan və Bəlucistan əyalətində İsraillə əlaqəli bir neçə silahlı qrupu zərərsizləşdirərərk onlardan ABŞ istehsalı olan hərbi silahlar ələ keçirib.Bu barədə “Press TV” məlumat yayıb.
SEPAH xəbər saytının məlumatına görə, İsraillə əlaqəli terrorçular İranın şərq sərhədləri vasitəsilə ölkəyə soxularaq Zahedan əyalətinin paytaxtında yeddi fərqli sığınacağa sığınıblar.
İran mediasının verdiyi məlumata görə, İsraillə əlaqəli yaraqlılar xaricdə geniş təlim keçib və İran daxilində təxribat və terror aktları törətməyi planlaşdırıblar.