Vaşinqton Venesuelanı dost ölkə hesab etmədiyi üçün Venesuela üzərindəki hava məkanının bağlanmasını tövsiyə edib.Bunu ABŞ prezidenti Donald Tramp Venesuela hava məkanını bağlı elan etməsinin səbəbini açıqlayarkən deyib: "Çünki biz Venesuelanı çox dost ölkə hesab etmirik”.
Tramp sözlərinə ABŞ-ın Venesuela ərazisinə hərbi hücumlarının mümkünlüyünün göstəricisi kimi qəbul edilməli olub-olmadığı ilə bağlı suala cavab olaraq əlavə edib: "Bunun heç bir mənası yoxdur".
O, Venesuela hakimiyyətinin "milyonlarla insanın" ABŞ-a qanunsuz miqrasiyasına kömək etdiyi deyib: "Bu insanların çoxu ölkəmizdə olmamalıdır. Onlar həbsxanalardan, dəstələrdən, narkotik satıcılarındandır. Ölkəmizə gələn bütün bu insanlar burada olmamalıdır. Onlar çoxlu problem yaradırlar".