ABŞ prezidenti Donald Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb. Sənədlə bir sıra ölkələrin vətəndaşlarının ABŞ-a girişi məhdudlaşdırılıb.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, Ağ Ev rəhbərinin yaydığı bəyanatda belə deyilir.
Fərmanla KXDR, Venesuela və Çad vətəndaşlarının ABŞ-a girişinə məhdudiyyət qoyulub. Sudanın adı yeni siyahıdan çıxarılıb. Yeni fərmanda adıçəkilən üç ölkə ilə yanaşı İran, Liviya, Somali, Suriya və Yəmən yer alır.
Oktyabrın 18-dən etibarən qüvvəyə minəcək fərmanın müddətsiz olduğu bildirilir.