
ONA “RİA Novosti”yə istinadən xəbər verir ki, Maduro iki ölkə arasındakı münasibətlərin sonunda sülhün qələbə qazanacağını bildirib.
O, həmçinin qeyd edib ki, hərbçilər ABŞ-ın Venesuelaya qarşı ata biləcəyi bütün təxribatçı addımlara hazır olmalıdır.
“Mən bütün hərbi birləşmələrə hazır olmaq tapşırığı vermişəm”, – prezident belə deyib.
Bundan bir qədər əvvəl isə Venesuela lideri ABŞ-la danışıqlara hazır olduğunu açıqlamışdı.