Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvədir

Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvədir
Yeni Azərbaycan Partiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyadır. Ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib.
Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi Azərbaycanın müstəqillik dövrünün tarixi ilə, demək olar ki, üst-üstə düşür. Bu tarixin ardınca isə İkinci Qarabağ müharibəsinin şanlı qələbə tarixidir. Bu böyük qələbəni bizə Müzəffər Ali Baş Komandanımızın "dəmir yumruq" əməliyyatı nəticəsində güclü ordumuzun cəsarəti və rəşadətli əsgər və zabitlərimizin qanı bahasına əldə edildi. Azərbaycan xalqı, onun seçkin insanları Heydər Əliyev şəxsiyyəti işığında birləşdilər. 91 nəfər görkəmli ziyalımızın imzası ilə Naxçıvana, ulu öndərə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə "91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Ona görə də 1992-ci ilin noyabrın 21-də YAP-ın təsis konfransının keçirilməsi təsadüfi hadisə deyildi, bu xalqın istəyi ilə yaradılan bir siyasi partiya idi.
Səmərəli fəaliyyətin və yüksək siyasi nüfuzun qanunauyğun nəticəsi kimi ümumxalq partiyasına çevrilən, 730 mindən çox üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıb. Eyni zamanda, ötən müddət ərzində YAP-ın keçirdiyi qurultaylarda qəbul etdiyi tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb.
Bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən çox insanı birləşdirir. 33 il ərzində Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz dəst-xətti, rolu vardır. Öz gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına misilsiz töhfələr verib. Yeni Azərbaycan Partiyasının VII qurultayında möhtərəm Prezidentimiz İlham Əliyevin proqram xarakterli, müasir dövrün, 44 günlük İkinci Qarabağ müharibəsində Qələbimizin yaratdığı yeni reallıqları özündə əks etdirın nitqi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi. Partiya yeniləşmiş formatda daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcək.
Alidə Aslanova-YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Oxşar xəbərlər