156 min nəfər əhalisi olan ölkə DÇ-2026-ya vəsiqə qazandı

156 min nəfər əhalisi olan ölkə DÇ-2026-ya vəsiqə qazandı Kurasao millisi tarixi bir uğura imza ataraq DÇ-2026-da iştirak hüququ əldə edib.

Kurasao millisi Şimali Amerika seçmə mərhələsinin 6-cı turunda Yamayka ilə 0:0 hesablı heç heçə edərək mundiala birbaşa vəsiqəni rəsmiləşdirib.

Maraqlıdır ki, ilk dəfə dünya çempionatında iştirak edəcək ölkənin cəmi 156 min əhalisi var. Bununla Kurasao millisi İslandiyanın rekordunu qırıb.

Kurasao yığmasının hazırkı baş məşqçisi Dik Advokatdır. O, 2024-cü ilin yanvarından yığmanı çalışdırır.

Oxşar xəbərlər