
Ukraynanın atəşkəsə razılaşdığını qeyd edən Tramp bildirib ki, indi Rusiya prezidentindən razılıq almalıdır.
"Ukrayna atəşkəslə razılaşıb, indi prezident Putini buna razı salmalıyıq ki, bu prosesi hərəkətə gətirə bilək", - Tramp deyib.
O əlavə edib ki, Putinlə danışacağam: "Tanqo üçün iki nəfər lazımdır. Söhbət bu həftənin sonunda baş tuta bilər".
Trampın fikrincə, Putinin atəşkəs razılaşması, sülh yolu ilə həllə gedən yolun 75%-ni təşkil edir.