Sumqayıtda iş elanı: qadınlara intim təklif edilir - Diqqət!

Sumqayıtda iş elanı: qadınlara intim təklif edilir - Diqqət! Azərbaycanda “iş elanı” adı altında qadınlara əxlaqsız təkliflər edilir.

Ölkə.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Elan saytlarından birində yerləşdirilən “iş” üçün 1500 manat maaş vəd edilib.

Məlumatda 18-50 yaşlı xanımların Sumqayıtda 1 yaşı bitməmiş uşağa baxacağı qeyd edilsə də, elanla maraqlanan şəxslərdən biri həqiqətin başqa olduğunu öyrənib.

Elanı paylaşan və adının Natiq olduğunu deyən şəxs qadından həm uşağa, həm də ona baxmasını istəyib. Yataq otaqlarında kamera olmadığını xüsusi vurğulayan şəxs həmçinin “dayə”dən özünə baxımlı olmasını da tələb edib.

Qarşılaşdığı vəziyyət qarşısında təəccüblənən qadın iş elanı verən şəxslə yazışmalarını və onun fotosunu paylaşıb.

Sosial şəbəkə istifadəçiləri elan saytlarında bənzər elanların çox olduğunu bildirib. Qeyd edilib ki, fotosu olan şəxs əslində elanı yerləşdirən şəxs olmaya da bilər. Çünki bir çox hallarda bu cür niyyəti olan şəxslərin kimliklərini aşkara çıxarmamaq üçün başqalarının fotolarından istifadə etdiyi bildirilib.

Sumqayıtda iş elanı: qadınlara intim təklif edilir - Diqqət!Sumqayıtda iş elanı: qadınlara intim təklif edilir - Diqqət!Sumqayıtda iş elanı: qadınlara intim təklif edilir - Diqqət!Sumqayıtda iş elanı: qadınlara intim təklif edilir - Diqqət!

Oxşar xəbərlər