
Hotelin açılışın baş tutmasından sonra daha əvvəl Prezident İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında baş tutan dialoq yenidən gündəmə gəlib.
Belə ki, 2021-ci ildə Azərbaycan və Türkiyə dövlət başçıları Qarabağa səfər edərkən Prezident İlham Əliyev Şuşanın mənzərəsini R.T.Ərdoğana göstərmək üçün yarı yolda dayanır.
O, iki qayanın arasında yerləşən şəhərin isə Xankəndi olduğunu söyləyir.
Bu zaman Ərdoğan "Qalacağımız hotel orada yerləşir?" deyə sual verir.
Əliyev isə əvvəlcə təbəssüm edir və "yox, yox, orada da olacaq" cavabını verir.
Ötən gün isə Azərbaycan Prezidenti Xankəndi şəhərində “Bulud” hotelinin açılışında iştirak edib.