
İdman həftəsinin keçirilməsində məqsəd şagirdlərin sağlamlığı, onların idmana olan maraqlarının daha da artırılması, idman həftəsinin proqramına aid olan səhər gimnastikasının müntəzəm yerinə yetirilməsidir.
Məktəb həyətində şagirdlər gimnastika edib. Fiziki tərbiyə müəllimlərinin başçılığı ilə keçirilən gimnastika təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı məqsədilə keçirilib.
Qeyd edək ki, həftə ərzində məktəblilərin iştirakı ilə mövcud qaydalara uyğun gündəlik gimnastik hərəkətlər, maarifləndirmə, müsabiqələr, yarışlar, görüşlər, mükafatlandırma və digər tədbirlər təşkil edilmişdir.




