Tramp: Bəşəriyyət üçün əsas təhlükə...

Tramp: Bəşəriyyət üçün əsas təhlükə... Bəşəriyyət üçün əsas təhlükə iqlim dəyişikliyi yox, müxtəlif ölkələrdə olan nüvə silahlarıdır.

Bunu ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.

Tramp iqlim dəyişikliyini “ekzistensial təhlükə” adlandıran sələfi Co Baydenin mövqeyi ilə razılaşmır.

ABŞ prezidenti zarafat edib ki, Bayden "həqiqətən bu termini bəyənirdi".

O əlavə edib ki, ən böyük təhlükə müxtəlif ölkələrdə olan nüvə silahlarıdır: “Sizi kilometrlərlə uçura biləcək bu nəhəng canavarlardır”.

Oxşar xəbərlər