Azərbaycan və Macarıstan Avropada enerji təhlükəsizliyi məsələsini müzakirə edib

Azərbaycan və Macarıstan Avropada enerji təhlükəsizliyi məsələsini müzakirə edib Azərbaycan energetika naziri Pərviz Şahbazov və Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto Avropada enerji təhlükəsizliyi məsələsini müzakirə ediblər.

Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

Məlumata görə, tərəflər həmçinin Azərbaycandan Avropa ölkələrinə qaz tədarükü və Cənub Qaz Dəhlizi Məşvərət Şurasının aprel ayında keçiriləcək növbəti iclası ilə bağlı fikir mübadiləsi aparıblar.

“Budapeştdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşdə ikitərəfli enerji əməkdaşlığının inkişafı, Yaşıl Enerji Dəhlizi layihəsinin icrası və Avropada enerji təhlükəsizliyi məsələləri müzakirə edildi. Həmçinin Azərbaycandan Avropa ölkələrinə qaz tədarükü və Cənub Qaz Dəhlizi Məşvərət Şurasının aprel ayında keçiriləcək növbəti iclası ilə bağlı fikir mübadiləsi aparıldı”, – paylaşımda qeyd olunur.

Oxşar xəbərlər