Prezident nazirlərin dördüncü iclasında iştirak edir

Prezident nazirlərin dördüncü iclasında iştirak edir Fevralın 15-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası işə başlayıb.
AZTB.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.

Tədbirdə, həmçinin Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç iştirak edirlər.
Əvvəlcə birgə foto çəkdirildi. Azərbaycan Prezidenti İlham Əliyev iclasda nitq söylədi. Sonra Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç çıxış etdi.

Toplantı işini plenar sessiyalarla və “dəyirmi masa” ilə davam etdirir.

Oxşar xəbərlər