Macarıstan Cənubi Qafqazda, xüsusən də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında mühüm rol oynaya bilər.
Bunu İrəvanda çıxışı zamanı Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.
“Dünyada baş verənlər həqiqətən də həyəcanverici və narahatedicidir. Bütün siyasi hərəkatlar dünyanın yenidən müxtəlif bloklara bölündüyünü göstərir. Macarıstan belə bir dünya nizamına qarşı çıxır və Şərqlə Qərb arasında əməkdaşlıq üçün əlverişli şəraitin yaradılmasının tərəfdarıdır", macar nazir qeyd edib.
Cənubi Qafqazla, xüsusən də Ermənistanla Azərbaycan münasibətlərinin normallaşmasına toxunan nazir bildirib ki, sülh sazişi hətta Macarıstan paytaxtı Budapeştdə imzalana bilər.