Dahi şəxsiyyətin xilaskarlıq missiyası

Dahi şəxsiyyətin xilaskarlıq missiyası


“İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.”
1993-cü ilin 3 oktyabr tarixində Ümummilli Lider Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O zaman ölkəmizdəki siyasi və sosial-iqtisadi vəziyyət gərgin idi. Dövlətin gələcək taleyi təhlükə altında idi və milli dövlətçiliyimizin əsaslarını qoruyacaq bir liderə ehtiyac duyulurdu. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanı parçalanmaqdan, daxili çəkişmələrdən və xarici təhdidlərdən xilas etmək üçün xilaskarlıq missiyasını yerinə yetirdi.
Ulu Öndər Heydər Əliyevin prezidentlik dövründə dövlətin bütün sahələrində əsaslı islahatlar həyata keçirildi, müstəqil Azərbaycanın hüquqi və siyasi bazaları möhkəmləndirildi. O, həmçinin ölkəmizin beynəlxalq arenada layiqli yer tutmasına, regional və qlobal miqyasda etibarlı tərəfdaş olmasına zəmin yaratdı. Azərbaycan Respublikasının müstəqilliyi dönməz oldu və ölkəmiz dünya birliyində öz mövqeyini daha da möhkəmləndirdi.
Ulu Öndər Heydər Əliyevin siyasi kursu bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev, 44 günlük Vətən müharibəsində strateji liderlik nümayiş etdirərək, Azərbaycan ordusunun qələbəsinə rəhbərlik etdi. Onun iradəsi, milli birliyi və əzmi, döyüş meydanında hərbi qələbələrin əldə olunmasında həlledici rol oynadı. Müharibə zamanı atdığı qətiyyətli addımlar, həm daxildə, həm də beynəlxalq arenada Azərbaycanın nüfuzunu artırdı, xalqın inamını daha da gücləndirdi. İlham Əliyevin liderliyi, yalnız müharibə zamanı deyil, müstəqil Azərbaycanın gələcək uğurları üçün də əhəmiyyətli bir əsas yaratdı.
Müstəqil Azərbaycanın beynəlxalq nüfuzu artmış, regionda və dünyada etibarlı tərəfdaş kimi tanınmışdır. Cənab Prezident İlham Əliyev, müstəqil Azərbaycanın bayrağını yüksəkliklərə qaldıraraq, xalqın daha firavan gələcəyə doğru inamla irəliləməsinə imkan yaratmışdır.
Müstəqil Azərbaycan dövlətinin rəmzləri olan bayraq, himn və gerb Azərbaycan xalqının tarixi yaddaşını və milli kimliyini əks etdirir. Ulu Öndər Heydər Əliyev Azərbaycan bayrağının daim ucalarda dalğalanmasını təmin etmişdir. Cənab Prezident İlham Əliyev isə bu bayrağı yüksəkliklərə daha da qaldıraraq Azərbaycanı güclü və müstəqil dövlət kimi dünya birliyində tanıtmışdır

Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi Günel Şükürova

Oxşar xəbərlər