30 sentyabr 2024-cü il tarixində Bakı şəhərində ustad aşığımız Dədə Ələsgərin abidəsinin açılış mərasimi olub. Tədbirdə Cənab Prezidentimiz İlham Əliyev şəxsən iştirak etmişdir.Cənab Prezidentimizin iştirakı və çıxışı Dədə Ələsgərin ruhuna böyük ehtiramın təcəssümü idi.Üç il əvvəl Prezidentimiz İlham Əliyev Aşıq Ələsgərin 200 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı Sərəncam imzalamışdır.Sərəncama əsasən respublikamızda Aşıq Ələsgərin yaradıcılığı ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdi.
Abidənin açılışı zamanı Cənab Prezidentimiz Dədə Ələsgərin yaşadığı tarixi-siyasi dövrdən geniş söhbət açmışdır.Dədə ozanımızın 97 yaşında erməni fitnəsi nəticəsində doğma ata-baba yurdu Göyçəni tərk etməyə məcbur qalmasından söhbət açan Cənab Prezidentimiz bu yurd yerlərinin Qədim Azərbaycan torpağı olduğunu xüsusi qeyd etmişdi.Həmçinin 1970-ci ildə Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyinin Sovet İttifaqı səviyyəsində qeyd olunmasını,Göyçədə-doğma kəndi Ağkilsədə qəbirüstü abidəsinin ucaldılmasını da xatırlamışdır. Ümummili liderimizin hələ Sovet dövründə bu təşəbbüsü böyük məna daşıyırdı. Düşmən qonşularımıza ən böyük tarix dərsi idi.
Bu gün də Cənab Prezidentimizin Aşıq Ələsgər ruhuna hörmət və ehtiramı böyük məna daşıyır. Çünki Dədə Ələsgər Qərbi Azərbaycanın rəmzidir, Qərbi azərbaycanlılarının and yeridir.Dəfələrlə müqəddəs torpağından deportasiya olunan azərbaycanlıların ruhu Dədə Ələsgərin şeirlərində yaşayır. Prezidentimiz çıxışında 20-ci əsr ərzində Qərbi azərbaycanlıların erməni vəhşiliyi nəticəsində 3 dəfə deportasiya yaşadığını xüsusi olaraq qeyd edmişdir.
Dədə Ələsgərin Bakıdakı abidəsi hər bir Qərbi azərbaycanlının ziyarətgahına çevriləcək.Buna görə Cənab Prezidentimizə minnətdarıq.Ulu Önərimizin vaxtilə dediyi kimi “Gün gələcək Aşıq Ələsgər sazı Göyçədə səslənəcək”.Bəli,o gün uzaqda deyil Ruhun şad olsun sözün Allahı, dədəmiz Aşıq Ələsgər!.Ali Baş Komandanımızla birgə Ulu Göyçədə Dədə Ələsgərimizin qəbrini ziyarət edəcəyik!
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Humay Vəliyeva