Prezident İlham Əliyev çıxışına bu nitq ilə başlayıb : Üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün mən iki Sərəncam imzalamışam. Birinci Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci Sərəncam əsasında onun abidəsinin ucaldılması nəzərdə tutulurdu. Bu gün şəhərimizin mərkəzində Aşıq Ələsgərin abidəsi artıq ucaldılıb. Prezident İlham Əliyev fikrinə bu ifadələrlə davam edib:
Aşıq Ələsgər həyatı boyunca Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamışdır. Ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından - Qərbi Azərbaycandan birinci deportasiyası idi.1970-ci illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilmişdir. Azərbaycan xalqı deportasiyanın üçüncü dalğasına məruz qaldıqda erməni vandalları onun abidəsini dağıtmışdılar. Qarabağda, Şərqi Zəngəzurda bizim tarixi abidələrimiz, görkəmli şəxsiyyətlərin abidələri, məscidlərimiz, saraylarımız, qəbiristanlıqlarımız erməni vandalları tərəfindən dağıdılmışdı. Bu hadisələr yeni deyil, əsrlər boyu bütün dünyanın gözü qarşısında bizə qarşı belə ədalətsizlik baş vermişdir.Bu gün bu tədbirdə iştirak edən hərkəs Aşıq Ələsgərin fəaliyyəti və yaradıcılığı ilə bağlı daima danışacaq. Bunu bildirmək istəyirəm ki, bu dahi şəxsiyyətin yaradıcılığı Azərbaycan xalqının ürəyində böyük bir iz buraxmışdır, hansı ki, 200 il keçəndən sonra yenə də o, görkəmli şəxsiyyət, vətənpərvər insan, öz xalqını, Vətənini sevən insan kimi xalqımızın yaddaşında yer tutub. Biz onun timsalında xalqımızın yüksək ruhunu görürük. Bizim ən böyük xoşbəxtliyimiz budur ki heç vaxt o torpaqlarda yaşamamış Qarabağlılar indi öz doğma torpaqlarına qayıdırlar . Qarabağın işğalı dövründə biz hamımız məyus idik. Lakin biz ədaləti bərpa etdik öz doğma torpaqlarımıza döndük.İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı və ondan sonrakı dövr bizə göstərdi ki, güclü iradə olan yerdə, xalq birliyi olan yerdə, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə bu iradənin qabağında dura bilməz. Suverenliyimizin tam bərpa olunması Qərbi azərbaycanlılarda da sevinc, nikbinlik hisslərini, fikirlərini, ümidlərini daha da artırmışdır. Biz birlik olaraq nə qədər güclü olsaq bir o qədər irəli gedəcəyik. Bizim işimiz haqq işidir və bizim işimizi Azərbaycan xalqı dəstəkləyir. Bunu da unutmaq olmaz ki Qarabağın, Şərqi Zəngəzurun azad edilməsi, suverenliyinin tam bərpa olunması Azərbaycan xalqının iradəsi, qəhrəman övladlarımızın qorxmalığı və şücaəti hesabına mümkün olmuşdur. Biz inanırıq ki qazandığımız zəfər bizimlə əbədi olaraq yaşayacaq. Bir gün olacaq ki biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini yenidən bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik. Azərbaycan xalqı hər daim öz dahi şəxsiyyətlərinə hörmətlə yanaşmış və onların dəyərini uca tutmuşdur.
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
texnologiya müəllimi Aida Hüseynova