Ölkəmizin iqtisadiyyatı daima diqqət mərkəzində olmuşdur. İqtisadiyyatın yüksək olması dövlətin əsas göstəricisidr. Bu isə dövlətimizin inkişaf etmiş dövlətlər arasında özünəməxsus yer olması deməkdir. Biz bu nailiyyəti Cənab Prezident İlham Əliyevin cari ilin 26 sentyabr tarixində iqtisadi məsələlərə həsr olunmuş müşavirə zamanı nitqində də görürük.
Cənab Prezident İlham Əliyev öz çıxışında bildirmişdir ki, iqtisadi artım 4,3 faiz təşkil edir. Bu da çox müsbət göstəricidir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar nəticəsində iqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələmişdir.
Son illər ərzində xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə neftin hasilatı ildən-ilə azaldılması bizim ümumi iqtisadi inkişaf templərimizə mənfi təsir göstərirdi. Biz bu tənəzzülü qeyri-neft sektorunun inkişafı ilə tənzimlədik və nəticədə qeyri-neft sektorumuz 7 faiz artmışdır.
Neft hasilatının sabitliyinin təmin edilməsi ilə bağlı xarici neft şirkətləri ilə danışıqlar aparılmış və neft hasilatında buraxılmış nöqsanların aradan qaldırılması onlardan tələb edilmişdir. Daim hökumət qurumları və Dövlət Neft Şirkəti bu işlərin gələcək gedişatına da diqqət yetirəcəkdir.
Hal-hazırda neft-qaz sektorunda bir neçə yeni layihə üzərində işlər aparılır.
Bizim əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir
Baxmayaraq ki, ölkə qarşısında duran ilk növbədə, hərbi, hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı vəzifələr böyük maliyyə vəsaiti tələb edir. Ancaq biz həssas təbəqə sayılan vətəndaşlarımızın da rifah halının yaxşılaşdırılması üçün gələn il minimum əməkhaqqı və minimum pensiyanın artırılmasını təmin edəcəyik.
İqtisadi inkişaf templəri həm bu ilin sonuna qədər saxlanılacaq, həm də gələn il də iqtisadi inkişaf templəri lazımi səviyyədə olacaqdır.
Ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələr gələn il qarşımızda duran ilk məqsədimizdir. Həm sosialyönümlü layihələr, sosial infrastrukturla bağlı olan layihələr, həm də ümumi infrastrukturla bağlı olan layihələr - bütün bunlar bizim Dövlət İnvestisiya Proqramında öz əksini tapacaqdır
Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Biz öz resurslarımıza arxalanaraq güclü və müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin.
Balaxanı qəsəbəsi, 69 nömrəli tam otra məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Rəmalə Ağayeva