Cari ilin sentyabr ayının 23-də VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. İclasda prezident İlham Əliyevin çıxışı yerli və dünya mətbuatında çox böyük marağa səbəb olub. İclasda geniş nitq söyləyən dövlətimizin başçısı Milli Məclisin üzvlərini yeddinci çağırış Milli Məclisin fəaliyyətə başlaması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti gücünü, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərdi. Prezident İlham Əliyev, həmçinin çıxışı zamanı qeyd edib ki, son illər ərzində Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmləndi. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə bildik. Cənab İlham Əliyev onu da vurğulayıb ki, Azərbaycana qarşı ikili standartlar əsasında qurulmuş ittihamlar davam edir. Ancaq bu, nə bizim iradəmizə, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz. Dövlətimizin başçısı çıxışı zamanı, həmçinin qeyd edib ki, birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Prezident İlham Əliyev, həmçinin Milli Məclisdə çıxışı zamanı beynəlxalq hüquq anlayışının tamamilə sarsıldığını, Azərbaycanın qarşısında böyük vəzifələr, o cümlədən ilk növbədə, Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək vəzifəsinin durduğunu, Ermənistanda revanşist qüvvələrin baş qaldırdığını, ATƏT-in Minsk qrupunun formal xarakter daşıdığını, Qələbəmizi həzm edə bilməyən xarici dairələrin bizə qarşı yeni planlar hazırladığını diqqətə çatdırıb. Hazırda Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki: "Azərbaycan xalqı üçün dost və düşmənin əsas meyarı suverenliyimizin bərpasına olan münasibətdir."
Dövlətimizn başçısı 2018-ci ildən bu yana ölkəmizdə dörd sosial islahatlar paketi həyata keçirildiyini, bu sahədə işlərin bundan sonra da sürətlə aparılacağını, son beş il ərzində Azərbaycanda minimum əməkhaqqının 2,7 dəfə, minimum pensiyanın isə 2,5 dəfə artdığını bildirib. Gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaqdır. Ümumiyyətlə, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar kursuna uyğun olaraq son illər ərzində Milli Məclisin fəaliyyətinin səmərəliliyinin daha da artırılması, müasir tələblər çərçivəsində həyata keçirilməsi üçün müxtəlif addımlar atılıb. Həmçinin parlamentin fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edən qanunvericilik fəaliyyəti daha da təkmilləşdirilib, qanun layihələrinin hazırlanması zamanı daha çox keyfiyyətə diqqət yetirilib.
Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisi ölkəmizdə demokratiya və hüquqi dövlət təcrübəsinin yeni nümunəsi kimi xarakterizə edilə bilər.
Maştağa qəsəbəsi, 28 №-li tam orta məktəbin
Tarix müəllimi Həsən Xələfov