Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa ba¬zarına qədər genişləndirir. Bu, bütün tərəflər üçün uduşlu vəziyyətdir. Çünki Avropaya öz enerji təhlükəsizliyinin qo-runması üçün qaz lazımdır. Azərbayca¬nın isə özünün nəhəng enerji resursları üçün etibarlı bazara ehtiyacı var.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanın Avropa İttifaqının bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edir¬disə, 2022-ci ildə bu rəqəm 11,3 milyard kubmetr olub. Cari ildə onun həcmi ən azı 11,6 milyard kubmetrə çatacaq. Eyni zamanda, 2023-cü ildə Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi isə təxminən 24 milyard kubmetr təşkil edəcək. Müqayisə üçün 2021-ci ildə bu rəqəm 19 milyard kubmetrə çatırdı.
Prezident İlham Əliyev bu məqam¬la bağlı çıxışında deyib: “Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını tə¬min edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri– bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir və bizim gələcək planlarımız da bu istiqamətlərə xidmət göstərəcəkdir”.
Azərbaycanın Avropanın enerji tə¬chizatında oynadığı rol bundan sonra da daha geniş miqyasda davam etdi¬riləcək. Bu, “mavi yanacaq” təchizatının coğrafiyasının genişləndirilməsində və gələcəkdə Avropa məkanında yeni ya¬radılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmasında nəzərə çarpacaq. Hazırda Azərbay¬canın əsas hədəfi bərpaolunan enerji növləri ilə bağlıdır və 10 qiqavat bər¬paolunan enerji növlərinin yaradılması üzrə ölkəmiz tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanıb.
Azərbaycan təbii qazını səkkiz ölkə alır. Bolqarıstan,Yunanıstan, İtaliya, Macarıstan , Rumıniya , Gürcüstan, Serbiya və Türkiyədir. Belə ki, Azər¬baycan Bolqarıstan və Serbiya ilə yal¬nız təbii qaz şəbəkələrini birləşdirmir. Bolqarıstan–Serbiya interkonnektoru yalnız infrastruktur layihəsi rolunu oy¬namır, bu, həm də 3 ölkənin artan tex¬noloji imkanlarını genişləndirir. Bundan başqa, Serbiya–Bolqarıstan, Bolqarıs¬tan–Serbiya–Azərbaycan arasındakı uğurlu və faydalı əməkdaşlığın rəmzi kimi diqqət çəkir.
Belə səmimi və faydalı əməkdaş¬lıq isə davamlı, dayanıqlı iqtisadi inki¬şafı və tərəqqini şərtləndirir.
Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta məktəbin İnformatika müəllimi
Şəbnəm İsmayılova