Cari ilin 8 iyun tarixində Prezident İlham Əliyevin Qahirəyə rəsmi səfəri baş tutub. Səfər zamanı müxtəlif mühüm mövzularla əlaqədar mətbuata açıqlama verilib. Ölkələrimiz arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır. Bu siyasi dialoq bundan sonra da davam ediləcək. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq olunur, habelə İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərilir. Prezident İlham Əliyev həmçinin Fələstin-İsrail münasibətlərinə də toxunub. Və qeyd edib ki , Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır. İmzalanmış sənədlər, əldə edilmiş razılaşmalar ticarət dövriyyəni artıracaqdır. İlk növbədə, energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi sahələrində və digər sahələrdə yaxşı nəticələr əldə etmək mümkün olacaq. Bu səbəbdən, Azərbaycan və Qahirə arasında Ticarət dövriyyəsi bir neçə dəfə artıb və artmaqda da davam edir. “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Misir Ərəb Respublikasının Elektrik və Bərpaolunan Enerji Nazirliyi arasında elektrik və bərpaolunan enerji sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” da 8 iyun tarixində baş tutan görüş zamanı imzalanıb.
Bakıxanov qəsəbəsi 107 saylı tam orta məktəbin
psixoloqu Gülarə İsmayılova
Bakıxanov qəsəbəsi 107 saylı tam orta məktəbin
psixoloqu Gülarə İsmayılova