Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə imzalanmış Azərbaycan-Belarus sənədlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə imzalanmış Azərbaycan-Belarus sənədlər Cari ilin 16 may tarixində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri baş tutub. Azərbaycan respublikasının Prezidenti İlham Əliyev ilə rəsmi görüş zamanı müxtəlif vacib məsələlərə toxunulub. Təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Gündəlikdə olan məsələlər kifayət qədər konkret xarakter daşıyır deyə, Azərbaycan respublikasının Prezidenti İlham Əliyev bəyanatında qeyd edib. Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları və aqroşəhərciklərin tikintisi təcrübəsi var. Birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar. 16 may tarixində baş tutan görüşdə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə Azərbaycan respublikasının Prezidenti İlham Əliyev arasında müxtəlif sənədlər imzalanıb. Bu sənədlərin hər biri Azərbaycan və Belarus Respublikaları arasında dostluq münasibətlərinin inkişafına istiqamətlənib.

Bakıxanov qəsəbəsi, 107 saylı tam orta məktəbin
psixoloqu Gülarə İsmayılova


Oxşar xəbərlər