Bütün sahələrdə əldə etdiyi uğurlar, effektli regional və beynəlxalq təşəbbüsləri, həyata keçirdiyi genişmiqyaslı layihələr ölkəmizin mövqelərini durmadan artırır. Həmçinin dövlətimizin başçısı cənab İlham Əliyevin xarizması, nümunəvi davranışları, dünya ölkələri ilə münasibətlərin qurulmasında və inkişafında sərgilədiyi yanaşma, eləcə də hər bir imzasına, hər bir sözünə verdiyi dəyər ölkəmizin beynəlxalq nüfuzunu yüksəldir. Heç kimə sirr deyil ki, dünya dövlətləri tərəfindən Azərbaycana olan maraq hər gün durmadan artır. Prezident İlham Əliyev dünyaya elə bir Azərbaycan təqdim edib ki, artıq onun əhəmiyyəti dərindən dərk edilir, əməkdaşlıqdan məmnunluq ifadə olunur.
Mərkəzi və Şərqi Avropa ölkələri, həmçinin Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycan Respublikasının xarici siyasətinin vacib tərəflərindən biridir. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan münasibətləri ötən dövrlərdə iqtisadi, siyasi, enerji, humanitar və başqa sahələr üzərində ardıcıl inkişaf edib.
Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər 1992-ci ildə qurulmuşdur. 1995-ci ildə ümummilli lider Heydər Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Jelyu Jelevin dəvəti ilə Sofiyaya rəsmi səfəri zamanı iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalanmışdır. Dövlətlərarası əlaqələrimizə təkan vermiş bu səfərdən sonra Azərbaycan-Bolqarıstan əlaqələri yüksələn xətlə inkişaf etmişdir. Bundan sonra ali və yüksək səviyyələrdə çoxsaylı qarşılıqlı səfərlər baş tutmuş və iki ölkə arasında 60-dan çox sənəd imzalanmışdır.
Azərbaycan-Bolqarıstan münasibətləri prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya rəsmi səfəri zamanı imzalanmış “Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ilə yeni mərhələyə başlamışdır. Bu son dərəcə mühüm sənəd tərəflər arasında qarşılıqlı maraq doğuran sahələrdə həm ikitərəfli formatda, həm də beynəlxalq aləmdə iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək və genişləndirmək məqsədi daşıyırdı.
Son zamanlar Avropada müşahidə olunan hadisələr fonunda enerji böhranının yaşandığı dövrdə Azərbaycanın əhəmiyyəti daha da artmaqdadır. Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması bunu bir daha sübut edir. Avropada Azərbaycan təbii qazından faydalanacaq ölkələrdən biri də məhz Bolqarıstandır. Azərbaycan qazını Bolqarıstana çatdıran İGB 2022-ci il oktyabrın 1-də Bolqarıstanda prezident İlham Əliyev və Ursula fon der Leyenin də daxil olduğu yüksək səviyyəli şəxslərin iştirak etdiyi tarixi mərasimdə fəaliyyətə başlayıb. Bolqarıstan Prezidenti Rumen Radev yeni qaz xəttinin təkcə Bolqarıstan üçün deyil, qitə üçün əhəmiyyətini vurğulayaraq demişdi: "Bu, Avropanın enerji xəritəsini qətiyyətlə dəyişir". Hazırda Azərbaycan qazı Bolqarıstanın ümumi tələbatının 27%-ni ödəyir.
Eyni zamanda iki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur.
Nəqliyyat sahəsinin inkişafı da hər iki ölkə üçün prioritet təşkil edir. Bu mənada Bakı–Tbilisi–Qars dəmir yolunun istifadəyə verilməsi hər iki respublika üçün böyük tarixi əhəmiyyət daşıyır. Bu layihənin həyata keçirilməsi Bolqarıstanın Azərbaycan tərəfdən Avropa İttifaqı bazarına giriş kimi, Azərbaycanın isə Bolqarıstan üçün Mərkəzi Asiya regionuna çıxış imkanı kimi rolunu daha da artırır.
Bolqarıstan prezidenti Rumen Radevin cari ilin 08 may tarixində Bakıya səfərinin məqsədi qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, yüksək texnologiyalar, innovasiyalar, nəqliyyat və turizm sahələrində ikitərəfli strateji tərəfdaşlığı gücləndirmək və dərinləşdirmək ibarət olmuşdur. Eyni zamanda rəsmi səfəri çərçivəsində cənab Rumen Radev keçirdiyi görüşlərdə Azərbaycanla siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin uğurlu inkişafından danışarkən, bu gün iki dövlət arasında fəal əməkdaşlığın mövcudluğunu, yüksək səviyyəli qarşılıqlı səfərlərin gələcəkdə də həyata keçiriləcəyini vurğulamışdır. Bütün bunlar onu deməyə əsas verir ki, dərin köklərə malik Azərbaycan-Bolqarıstan əlaqələri bundan sonra daha da genişlənəcək və dərinləşəcəkdir.
Maştağa qəsəbəsi, 187 nömrəli tam orta məktəbin
direktor vəzifəsini icra edən Gülnarə Məmmədova