Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycan Respublikasının məqsədi hər daim sülhü və ədaləti müdafiə etməkdir. Pandemiyanın başlanmasından sonra COVİD-19-a qarşı qlobal səyləri birləşdirmək təşəbbüsünü ilk dəfə Qoşulmama Hərəkatı irəli sürmüşdü.
Azərbaycan Respublikası 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökümət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi üçün təşəbbüs irəli sürmüşdü. Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının işçi qrupu yaradılmışdı.
Qoşulmama Hərəkatının mühüm təşəbbüslərindən biri Azərbaycanın BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağrılması təklifi BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazandı. Xüsusi sessiya 2020-ci ilin dekabrında keçirilib və tədbirdə 70-dən çox dövlət və hökümət başçısı çıxış edib.
Qoşulmama hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli şəkildə paylanmasını təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları şurasında və Baş Assambleyasında qəbul olunmuş iki qətnamənin təşəbbüskarı oldu. Azərbaycan Respublikası əksəriyyəti Qoşulmama Hərəkatının üzvü olan 80-dən çox ölkəyə humanitar yardım göndərmişdi.
2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılmışdı. Təşkilatın daimi katibliyi Bakıda yerləşəcək.
Hal-hazırda yeni dünya düzəni formalaşmaqdadır. İndi dünya "Soyuq müharibənin" başa çatmasından sonra ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir. Qoşulmama Hərəkatı BMT-dən sonra ən böyük təsisat kimi beynəlxalq arenada daha fəal və səmərəli olmalı və yeni dünya düzəninin formalaşmasında fəal iştirak etməlidir. Fransa Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdı. Həmçinin biz, Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırım aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq. BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki dünyanın reallığını əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və daha ədalətli olsun.
Prezident İlham Əliyev öz çıxışında bildirdi ki, hal-hazırda iqlim dəyişikliyi səsbəbi ilə Dünya Qlobal təhdidlərlə üz-üzədir. Su qıtlığı, ərzaq çatışmazlığı və məcburi miqrasiya ciddi problemlərə səbəb olur. COVİD-19 pandemiyası dövründə olduğu kimi, Azərbaycan Qoşulmama Hərəkatının ehtiyacı olan hər bir üzvünə hər daim maliyyə və hümanitar yardım göstərməyə davam edəcək.
BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra olunur. Azərbaycana gəldikdə isə BMT-nin qəbul etdiyi qətnamələr 30 il müddətində kağız üstündə qalmış və bu qətnamələrə məhəl qoyulmamışdı. 2020-ci ildə Azərbaycan ədaləti hərbi-siyasi yolla təmin etdi. İşğal illəri ərzində Ermənistan yüzlərlə şəhər və kəndi məqsədyönlü şəkildə dağıtmış və məhv etmişdi. Münaqişənin bitməsindən qısa müddət sonra Azərbaycan sülh razılaşması üçün ərazi bütövlüyünü və suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim edib.
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
Tarix müəllimi Rumiyyə Səfərova