Azərbaycan- Rusiya münasibətləri

Azərbaycan- Rusiya münasibətləri İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 4-də qurulmuşdur.
Rusiyanın Bakıdakı Səfirliyi isə rəsmən 1992-ci ilin sentyabrın 25-də fəaliyyətə başlayıb.
İkitərəfli münasibətlərin müqavilə-hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ilin iyulun 3-də imzalanmış Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilədir.
Rusiya Azərbaycandan əsasən qeyri-neft məhsulları idxal edir: 2022-ci ilin sentyabrında Rusiya Azərbaycandan $74,6 milyon dəyərində məhsul alaraq qeyri-neft sektoru mallarının ən böyük idxalçıları siyahısında birinci yeri tutub. Cəmi 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan RF-na $602,2 milyon dəyərində qeyri-neft məhsulları ixrac edib. Öz növbəsində Azərbaycan Rusiyadan geniş çeşiddə məhsullar alır. Belə ki, 2021-ci ildə Rusiyanın Azərbaycana ixracının strukturunda 32,8% ərzaq məhsulları və kənd təsərrüfatı xammalının payına düşüb. Xüsusilə, Azərbaycan tərəfindən alınan buğdanın 95%-dən çoxu Rusiyadan idxal edilib, Azərbaycan isə 2022/2023-cü kənd təsərrüfatı ilində Rusiyadan 1,5 milyon tona qədər buğda idxal etməyə ümid edir.
Rusiya Federasiyası Hökumətinin məlumatına görə, 2022-ci ilin noyabrına olan məlumata görə, Rusiyanın 70-dən çox subyekti Azərbaycanla əməkdaşlığı inkişaf etdirir, onların dörddə birinin ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişləri var.
Bu gün iki ölkə arasında 140-a yaxın dövlətlərarası və hökumətlərarası müqavilə və saziş qüvvədədir. Ötən il isə 2024-cü ilədək olan dövr üçün Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətləri üzrə plan imzalanıb. Bu sənəd, təbii ki, proqram xarakterlidir və əlaqələrin gələcək inkişafını özündə ehtiva edir. Planda əksini tapan 5 “yol xəritəsi” ticarətin və qarşılıqlı sərmayələrin həcminin artırılmasını, nəqliyyat potensialının inkişafını, birgə müəssisələrin yaradılmasını, rəqəmsallaşma sahəsində, büdcə-vergi sektorunda təcrübə mübadiləsini, həmçinin humanitar əlaqələri nəzərdə tutur.
Eyni zamanda, iki ölkənin birgə yaratdığı müəssisələrin sayı artır. “R-Farm” dərman istehsalı zavodu, “Penopleks” izolyasiya materialı istehsalı zavodu, “Mi” helikopterlərinin təmiri və texniki xidməti üçün xidmət mərkəzi bu müəssisələrdən bir neçəsidir.
Dekabrın 9-da Bakıda keçirilən iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 18-ci iclasında imzalanan sənədlər də iki ölkə arasında iqtisadi sahədə əlaqələrin dərinləşdiyini göstərir. Belə ki, 2020-2022-ci illər üzrə aqrar sənaye kompleksi və 2020-2022-ci illər üçün turizm sahəsində əməkdaşlıq proqramları olduqca strateji xarakter daşıyır. Bu sahələrin inkişafının təşviqi hər iki ölkənin strateji prioritetləri sırasındadır. Dərhal, xatırladaq ki, ötən il Azərbaycana 900 min turist gəlib. Cari ildə həmin göstəricinin bir qədər də artacağı gözlənilir.
Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Ceyhun Sadizadə


Oxşar xəbərlər