Aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə səfəri Azərbaycanın dünya dövlətləri ilə əməkdaşlığının daha bir göstəricisidir. Xatırladaq ki, Azərbaycan Respublikası və Konqo Demokratik Respublikası arasında diplomatik əlaqələr 23 sentyabr 2011-ci ildə Nyu-Yorkda imzalanmış “Azərbaycan Respublikası və Konqo Demokratik Respublikası arasında diplomatik əlaqələrin yaradılması haqqında Birgə Kommünike “ əsasında qurulmuşdur. Ötən illər ərzində ölkələr arasında siyasi, sosial-iqtisadi, hərbi və digər sahələrdə ikitərəfli diplomatik münasibətlər yaranmışdır.
Konqo Respublikasının Prezidentinin ölkəmizə səfəri və müxtəlif sahələr üzrə sənədlərin imzalanması gələcək əməkdaşlıq üçün daha geniş imkanların açılması deməkdir. Hər iki dövlətin prezidentləri tərəfindən “ Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə “ imzalanması əməkdaşlığın perspektivlərini müəyyən edən çox önəmli bir sənəddir.
Bəyannamənin imzalanmasından sonra mətbuata açıqlamasında bu səfərin tarixi önəminə toxunan prezident İlham Əliyev qeyd edib ki, imzalanmış Əməkdaşlıq haqqında Bəyannamə iki ölkə arasında münasibətlərin gözəl təməlidir və bu sənəd əməkdaşlığımızın perspektivlərini müəyyən edəcək, BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq əlaqələri daha da inkişaf edəcək. Ölkə başçımız onu da bildirib ki, Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir və ölkəmizin təşəbbüslərinə Konqo hər zaman öz dəstəyini vermişdir.
Konqo Respublikasının Prezidenti Deni Sassu- Nqesso prezident İlham Əliyevlə keçirdiyi görüşə dair təəsüratlarını bölüşərək qeyd edib ki, Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığının genişləndirilməsi, Bakıda COP 29-un keçirilməsinə hazırlıq işlərinə dəstək, mədən sənayesi, kənd təsərrüfatı, ətraf mühit, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişafı hər iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə zəmin yaradacaq. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Bilgəh qəsəbəsi,142№-li məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnar Əbilova