Xocalı soyqırımı hər zaman hafizələrdə qalacaqdır

Xocalı soyqırımı hər zaman hafizələrdə qalacaqdır
Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli, insanlıq tarixinə qanlı hadisələrdən biri olaraq düşmüş Xocalı soyqırımından 32 il ötür. Xocalı soyqırımı iki yüz ildən artıq müddətdə erməni mil¬lətçi qəsbkarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Faciənin tarixinə nəzər salsaq görərik ki, hələ 1988-ci ilin fevral ayından ermənilər müxtəlif, özəlliklə Dağlıq Qarabağın müstəqilliyi ilə bağlı tələblər irəli sürürdülər. Artıq həmin ərəfələrdə ermənilər kütləvi şəkildə silahlanır və həmin qanlı hadisələr yaxınlaşırdı. Xocalı faciəsi sadəcə bir gecənin faciəsi deyildi. 1991-ci ilin oktyabrında artıq Xocalının blokadası tam başa çatdırılmış, şəhərə gedən yollar bağlanmış və gediş-gəliş yalnız helikopterlər vasitəsilə həyata keçirilirdi. 1992-ci il fevralın 18-də Xocalı istiqamətində olan yaşayış məntəqələri ermənilər tərəfindən tutulmuşdu. Ermənilərin məqsədi Əskəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan hava limanının ələ keçirilməsi idi.
Yaddaşlarımızdan silinməyəcək Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Xocalı qətliamının işıqlandırılması əsasən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə əlaqələndirilir. Onun qısa müddətli hərbi jurnalistlik karyerasında ən vacib xidməti Xocalıda törədilən vəhşilikləri lentə almaq olmuşdur. Həmçinin, Xocalının müdafiəsi zamanı yeddi Azərbaycanın Milli Qəhrəmanı iştirak etmişdir. Belə ki, döyüşlərdə Şöhrət Həsənov şəhid olmuş və ölümündən sonra Azərbaycan prezidenti tərəfindən "İgidliyə görə" medalı ilə təltif olunmuşdur. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir.
Xocalı soyqırımı hər zaman hafizələrdə qalacaqdır. Çünki o, hər zaman bizimlə yaşayacaq bir ağrıdır. Xocalı soyqırımı, sadəcə, faciə de¬yil, erməni millətçilərinin, ekstremistlərinin qeyri-insaniliyinin göstəricisidir. Bu kompoziyada hər birimizə bir çağırış var. Bir yumruq kimi birləşib torpaqlarımızı, Xocalını işğaldan azad et¬məyə çağırış, ümid əks olunub. İndi Qarabağ azaddır. Xocalıya, digər azad olunmuş ərazilərimizə həyat qayıdır. 44 günlük müharibədə xalqımız Zəfər qazanmaqla Xocalı soyqırı¬mı qurbanlarının ruhunu şad etdi.
Xocalı indi azaddır, bir vaxtlar erməni işğalçılarının qanlı çəkmələrinin tapdaladığı o torpaqlar əsl sahiblərinə qayıdıb. Bu yerlərə yenidən həyat qayıdır. Xocalılar bundan sonra öz doğma el-obalarında yaşayacaqlar.


Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta məktəbin
əməkdaşı Aytən Əzimova

Oxşar xəbərlər