
JAMAZ.İNFO xəbər verir ki, ermənilərin təklif etdiyi 1975-ci il xəritəsində bir sıra məqamlar var. Belə ki, həmin xəritə ilə 1991-ci ilin xəritləri eynidir. Bundan başqa, hətta 1969-1970-ci illərin xəritələri 1979 və 1991-ci ildən əvvəlki xəritələrdir.
Erməni tərəfi bildirir ki, 1975-ci ilin xəritələri 1000 səhifədən ibarətdir.
Bu əsnada o da bəlli olub ki, hazırda Ermənistan ərazisindəki Azərbaycan anklavlarının yaranma tarixi 1936-39-cu illəri əhatə edir. Həmin vaxt üç kənd anklava çevrilib.
Erməni kartoqraf Ruben Qalçyan isə “İravunk” qəzetinə müsahibəsində bildirib ki, anklavlar məsələsi danışıqların predmeti ola bilməz. “Bu məsələ o zaman müzakirə edilə bilər ki, Azərbaycan 1991-ci il sərhədlərinə çəkilsin”.