Ulu Öndər Heydər Əliyev tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Bu da Ulu Öndərin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Ulu Öndərin 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla gənclərin inkişafı üçün daha əlverişli şərait yaradılmışdır. Ümummilli lider tərəfindən təməli qoyulmuş və bu gün davam etdirilən gənclər siyasəti Azərbaycanda gənc nəslin mənəviyyatca zəngin, vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin hərtərəfli inkişafı və ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaradır. Azərbaycan gəncliyinə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxıb.
Bu gün əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti uğurla davam etdirilir. Prezident İlham Əliyev 2022-ci il 28 fevral tarixində imzaladığı Sərəncamla “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nı təsdiq etmişdir. Məhz dövlətin dəstəyi sayəsində gənclərin dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində təhsil almaları məqsədilə vəsaitlər xərclənmişdir. Məqsəd ölkənin gələcəyi üçün savadlı, bilikli, dünyagörüşlü, ixtisaslaşmış kadrların yetişməsidir. Hər sahədə ixtisaslaşmış, savadlı kadrlara ehtiyac vardır.
Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı hər bir fəaliyyətində özünü göstərir. Bunlara nümunə olaraq Gənclər Fondunun yaradılmasını, “Gənclər üçün Prezident mükafatı”nı, gənc kadrların irəli çəkilməsi məqsədilə yaradılmış “Yüksəliş” müsabiqəsini, əksəriyyəti gənclərdən təşkil olunmuş “Könüllülər hərəkatı”nı və s. göstərmək olar.
Gənclər ölkənin və dövlətin əvəzedilməz təbəqəsidir. Gənclərin inkişafı özünü hər bir sahədə göstərir. 30 ildən sonra Azərbaycanın suverenliyinin bərpa olunması, gələcək nəslə “Bütöv Azərbaycan” mirasını buraxmış şəxslər də məhz gənc əsgərlər, gənc qazi və şəhidlərimiz olmuşdur. Onların vətənpərvər ruhda yetişməsinin nəticəsidir ki, bu gün Azərbaycan tam və müstəqildir.
Göstərilən bütün diqqət və qayğının qarşısında biz gənclərin də vəzifəsi yaradılmış bütün şəraitlərdən istifadə edərək ölkəmiz və gələcəyi üçün faydalı vətəndaş olmaq və fəaliyyət göstərdiyimiz hər bir sahədə əlimizdən gələnin ən yaxşısını etməkdir.
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
riyaziyyat müəllimi Rübabə Nağıyeva