1993- cü ildə Ümummilli lider HEYDƏR ƏLİYEVİN hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi.Azərbaycan gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2 də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gənclər Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.
1996 - cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur. Hər bir Azərbaycan gənci hər şeydən çox ,hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir. Təşkil olunan Forumlardakı Ulu Öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hər tərəfli inkişafı ,problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulmuşdur.
2002-ci il 9 aprel tarixində ''Gənclər Siyasəti haqqında ''Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini ,təşkilati- hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətlərini tənzimləyir.
Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edirdi. O ,vurğulayırdı ;''Azərbaycan dövlət müstəqilliyi daimidir ,əbədidi,r dönməzdir, sarsılmazdır.Hər bir gənc Azərbaycan dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək ,yaşatmaq üçün çalışmalıdır və öz xidmətini göstərməlidir''.
Prezident ILHAM ƏLIYEVIN 2007-ci ilin Gənclər ili elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Sərəncamla ''2007- ci ilin Gənclər ili elan olunmasına dair tədbirlər planı'' təsdiq edilmiş, o cümlədən respublikanın şəhər və rayonlarında Gənclər evi nin yaradılması nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə Gənclər üçün Prezident Mükafatının təsis edilməsi oldu.
Gənclər siyasətində qarşıya qoyulan vəzifərədən biri də yeni nəslin nümayəndələrinə etimad göstərilməsi, məsul vəzifələrə, idarəetmə işinə irəli çəkilməsi, qabiliyyət və bacarıqlarını nümayiş etdirmək üçün şərait yaradılmasıdır. Gənc kadrların irəli çəkilməsi siyasəti öz müsbət nəticələrini göstərir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir.
Gənclərin İnkişaf və Karyera Mərkəzi 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində fəaliyyətə başlayıb. Gənclərin hər tərəfli inkişafının təmin olunması, əlavə bilik və bacarıqlara yiyələnməsi üçün GİKM nümayəndəlikləri tərəfindən müxtəlif peşə təlimləri, təhsil və təcrübə, könüllülük, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunur.
Gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışların cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alan Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin Könüllülər ili elan edilməsi haqqında Sərəncam imzalayıb. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.
Bakıxanov qəsəbəsi, 74 saylı tam orta məktəbin
tarix müəllimi Gülnar Quliyeva