Dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında 30 ildən sonra ilk dəfə Azərbaycanın işğaldan azad olunmuş ərazisində möhtəşəm futbol matçı keçirildi. Oyunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə iştirak etdi. Azərbaycan idmançıları üçün ən böyük mükafat azad olunmuş ərazilərə, Xankəndiyə qayıtmaqdır.
Bu mənada 2023-cü il idman ictimaiyyəti üçün önəmli il kimi tarixə düşdü. Bu il ənənəvi idman yekunlarının Xankəndidə keçirilməsi olduqca vacib hadisədir. Qalib ölkənin idmançılarının öz suverenliyimizi bərpa etdikdən sonra Xankəndidə mükafatlandırılması bütün idman ictimaiyyətini qürurlandırdı..
Qürürverici haldır ki, bu gün Azərbaycan bayrağı Prezident İlham Əliyevin rəhbərliyi iləXankəndidə dalğalanır, dövlətgerbimiz Xankəndinin mərkəzində yerləşən inzibati binanı bəzəyir.2020-ci ilin Vətən müharibəsi Prezident İlham Əliyevin əzmli, qətiyyətli siyasətçi və dövlət başçısı olmaqla yanaşı, güclü strateq, hərbi incəlikləri ən yüksək səviyyədə təhlil edərək qərar verən lider olduğunu bir daha sübut etdi. Prezident İlham Əliyevin rəhbərliyi iləbiz tarixi matçları tezliklə Ağdamın “İmarət” stadionunda da izləyə biləcəyik. Yaxın vaxtlarda stadionun yenidən inşasına başlanılacaq. Bu, işğaldan azad olunmuş ərazilərimizdə idmanın inkişafı ilə bağlı genişmiqyaslı tədbirlərin keçirildiyini göstərir. İnsanlar Ali Baş Komandanımızın hakimiyyətdə olduğu 20 il ərzində verdiyi bütün vədləri yerinə yetirdiyinə, sözün əsl mənasında hər bir azərbaycanlının prezidenti olduğuna şahidlik edirlər.Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu Qələbə bizim tariximizdə əbədi yaşayacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər. Xalqımızın onilliklər ərzində olan arzuları çin oldu, ləyaqəti bərpa olundu.
Xankəndidə baş verən hadisə sadəcə bir futbol deyildi. Bu həm də siyasi bir mesaj idi. Bu gün xalq-iqtidar birliyinin nəticəsidir ki, ölkəmiz dinamik inkişaf edir, işğaldan azad olunmuş torpaqlarımızda sürətli və geniş miqyaslı quruculuq işləri aparılır. “Mənim işim xalqa xidmət etməkdir, bunu edirəm, bundan sonra da edəcəyəm və bütün işlərimdə mən xalqa arxalanıram” deyən cənab İlham Əliyev daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, reallığa adekvat olduğunu sübuta yetirir. Bu gün Azərbaycan xalqı öz ali rəhbərinə inanır, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətə alternativ görmür.
Gülşən Əzizova,
Salyan şəhər 5 saylı uşaq bağçasının müdiri