Xalqımız belə bir tarixi hadisəyə şahidlik etdi

Xalqımız  belə bir tarixi hadisəyə şahidlik etdi
21 dekabr 2023-cü il. Yadda qalan undulmaz tarixi bir gün. Xalqımız belə bir tarixi hadisəyə şahidlik etdi. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu tarixi gündə istirak etdilər.
Dövlətimizin başçısı stadionda öz səmimi hislərini bölüşərək bildirdi ki, bu futbol matçının qədim Azərbaycan diyarı olan Xankəndidə keçirilməsinin çox böyük tarixi əhəmiyyəti vardır. Qarabağ xanı tərəfindən təməli qoyulan bu kənd Azərbaycan Respublikasının vəsaiti hesabına böyük şəhər çevrilmişdir. Sonralar isə daima separatçılar tərəfindən istismar məruz qalan bizim tarixi, əzəli torpağımızı 30 ildən sonra şanlı Azərbaycan Ordusu geri qaytarmağa müvəffəq olaraq, Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir. Bugünkü oyunun əhəmiyyətindən danışaraq bildirdi ki, dörd il bundan əvvəl “Qarabağ Ermənistandır və nöqtə” deyənlərə Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağını yenidən dalğalandıraraq bir daha sübut etdik ki, Qarabağ əzəli və əbədi olaraq Azərbaycan torpağıdır!
Yaşasın Qarabağ!
Yaşasın şanlı Ordumuz!
Qarabağ Azərbaycandır!


Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Rəmalə Ağayeva

Oxşar xəbərlər