Otuz illik erməni işğalına son qoyan tarixi qələbəmizdən üç il ötür. 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın 200 illik işğal siyasətinə son qoydu. Bununla da Azərbaycanın adı dünya tarixinə qalib dövlət kimi yazıldı. Bu qələbə ilə də postsovet məkanında, hətta dünyada son illərdə ilk dəfə separatizm hərəkatı məhv edildi.
Uzun illər bir xalq olaraq onun-bunun qələbəsinə sevindik, bayram etdik. 44 günlük Vətən müharibəsində qazanılan qələbə isə milli bayramımız, qürur mənbəyimiz oldu. Bu ilin sentyabrında 23 saatlıq antiterror tədbirləri ilə 44 günlük müharibəyə yekun vuruldu. Bununla Azərbaycan pozulan hüquqlarını, ərazi bütövlüyünü, suverenliyini təmin etdi. Nəticədə ermənilərin 200 ildir həyata keçirdikləri işğalçılıq siyasətinə son qoyuldu. Azərbaycan bayrağı Xankəndidə, Xocalıda, Əsgəranda, Ağdərədə və s. yerlərdə ucaldıldı.
Bu gün xalqımız tarixi hadisəyə şahidlik edir. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşıb. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib.Azərbaycanın müstəqilliyi və ərazi birliyi uğrunda öz canını qurban verən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəliblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun səkkizdə bir final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxış edib. Daha sonra Ulu Öndər Heydər Əliyevin idmançılarla görüşləri, idmanla bağlı fikirləri barədə videoçarx nümayiş olunub.
Dörd il bundan əvvəl bu stadionda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır. Bu fikri prezident İlham Əliyev dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun səkkizdə bir final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxışında deyib.
İşğal olunmuş torpaqların böyük hissəsinin üç il əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində azad edildiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı. Üç ay bundan əvvəl - sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə mən Azərbaycan Bayrağını ucaltdım. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Bu gün isə bu gözəl idman bayramını biz birlikdə qeyd edirik. Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq”.
Stadiona daxil olan dövlətimizin başçısı futbolçularla və oyunu idarə edən hakimlərlə görüşdü, onlarla xatirə şəkli çəkdirdi.
Prezident İlham Əliyevin topa rəmzi toxunuşundan sonra “Qarabağ”–MOİK görüşü başladı.
Maraqlı idman mübarizəsi şəraitində keçən görüş “Qarabağ” komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ”ın futbolçusu Nəriman Axundzadənin matçın əsas hissəsinə əlavə olunmuş vaxtın 5-ci dəqiqəsində vurduğu qol oyunun taleyini həll edib. Bununla da N.Axundzadə işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra keçirilən ilk futbol matçında fərqlənən hücumçu kimi tarixə düşüb.
Bu gün Ermənistanın açıqca dəstəklədiyi separatizmin tamamilə tarixə gömüldüyü, işğalçı dövlətin belə tanımadığı qondarma qurumun özünü ləğv etdiyi və cinayətkar xunta rəhbərlərinin bir-birinin ardınca yaxalanıb ədalətə təslim edildiyi bir zamanda artıq gözlər gələcəyə, erməniəsilli vətəndaşların Azərbaycana reinteqrasiyası məsələlərinə, 30 il ərzində normal inkişafdan geri düşmüş regionun yenidən bərpasına və öz əzəli sakinlərinə qovuşması proseslərinə dönmüşdür. Bunun, əlbəttə, çox çətin deyil, amma asan da olmayacağını yaxşı bilən Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında həm diplomatik müstəvidə, həm də münaqişə sonrası Qarabağda aparılan bərpa işlərində görünməmiş əzm və səbir nümayiş etdirir. Çünki 30 il səbr edib sonunda şəhid qanları bahasına tam suverenliyinə qovuşan ölkəmiz Xankəndinin də sabahının daha aydın və daha şəffaf olacağından əmindir. Xankəndi qədim Azərbaycan diyarıdır. Xankəndinin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır Xankəndi şəhəri separatizmin rəmzinə çevrilmişdi.Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Azərbaycan Ordusu onlara sübut etdi ki, Qarabağ bizim tarixi, Qədim torpağımızdır. Bu torpaqların sahibləri Azərbaycan xalqıdır;Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır.İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilib;.Stadion cəmi iki ay ərzində yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur.
İlk dəfə olaraq Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak etmişdirlər;. Futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Stadion cəmi iki ay ərzində yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur.
Xankəndi Azərbaycandır!
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Züleyxa Şahverdiyeva