Ölkəmizin xarici siyasətində dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan bərabəhüquqlu münasibətlərin qurulması əsas prioritetdir.
Məhz, bu siyasət nəticəsində ölkəmizin xarici əlaqələri, dostluq münasibətləri hər daim güclənir. Qeyd edim ki, Azərbaycana yaxın dost və tərəfdaş ölkələrindən biri də İsrail dövlətidir. Əlbəttə, ilk növbədə, iki xalq - Azərbaycan və yəhudi xalqları arasındakı bağlantı, dostluq münasibətlərin əsasını təşkil edir. Həmçinin ölkələrimiz arasında siyasi münasibətlər də yüksək səviyyədədir.
Ölkəmizdə dinc, öz vətənlərində olduğu kimi rahat şəkildə yaşayan yəhudilər Avropada, dünyanın digər nöqtələrində zaman-zaman təqiblərə, zorakılıqlara, qırğınlara məruz qalıblar. Azərbaycanın İsrailin haqq işinə dəstək olan dövlətlərdən olduğunu nəzərə aldıqda, bu münasibətlərin dərinləşməsi üçün hər zaman geniş imkanlar olub.
Bugünə qədər Azərbaycan dövlətinin vətəndaşlarından heç kəs dost ölkədə baş vermiş hadisələrə biganə qalmayıb.
Belə ki, oktyabrın 7-də səhər saatlarında Həmas yaraqlıları İsraillə həmsərhəd şəhərlərə, eləcə də Təl-Əvivin ərazilərinə raket zərbələri endirib.
İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, HƏMAS-ın hücumu başlayandan bəri 545 nəfər xəstəxanaya yerləşdirilib, azı 22 nəfər ölüb.
İsraildə baş verənlər bizi çox üzdü. Azərbaycan da illərlə terrora məruz qalmış ölkə olduğu üçün İsraildə baş verən terror hadisələri, raket hücumlarını bütün ağırlıqları ilə hiss edirik.
İsrail hər zaman Azərbaycana dəstək göstərib.
Ölkələrimiz arasında siyasi münasibətlər yüksək səviyyədədir. İsrail Dövləti 1992-ci il aprelin 7-də Azərbaycanın müstəqilliyini tanıyıb. Vətən Müharibəsi dövründə də İsrailin dəstəyini hər addımda hiss etdik. İsrail həmçinin iqtisadi cəhətdən öndə gedən tərəfdaşlarımızdandır.
Biz İsrailin haqq səsini dəstəkləyir, hər zaman İsrail dövlətinin yanındayıq.
İsraildə baş verənlərdən üzülür, tezliklə terrorçuların məhv edilməsini arzulayırıq.
HƏMAS-ın hücumu nəticəsində vəfat edən İsrail vətəndaşlarına rəhmət, yaralılara tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edirik.
Dost ölkəyə dərin hüznlə başsağlığı verirəm.
Bu hadisə bizim üçün faciə, ağrı itkidir. Bu ağır günlərdə biz həmişə olduğu kimi, İsrail xalqının yanındayıq. Allah ölənlərə rəhmət eləsin!