Azərbaycan sülhsevər və çoxmillətli ölkədir. Ölkəmiz müxtəlif din və millətlərin qarşılıqlı anlaşma şəraitində yaşadığı bir dövlətdir. Burada heç zaman milli etnik dözümsüzlük antisemitizm təzahürlərinə yer olmamışdır. Elə buna görədir ki, yəhudilərin məskunlaşdığı ölkələrdən biri məhz Azərbaycandır. Digər xalqlar kimi yəhudilərin də ölkəmizdə etiqad azadlığı sərbəstdir.
Azərbaycan və İsrail arasında əməkdaşlıq qədimdən mövcud olmuşdur. Bu münasibətlərin kökündə insani dəyərlər və qarşılıqlı anlaşma olmuşdur. Bu siyasət nəticəsində ölkəmizin xarici əlaqələri dostluq münasibətləri daim güclənir. İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlətdən biri olub. 1991 ci ilin dekabrında müstəqilliyimiz İsrail tərəfindən tanındı. 1992 ci ilin aprelində diplomatik əlaqələrin qurulmasından bu günə qədər Azərbaycan vıə İsrail siyasi-iqtisadi, mədəni və hərbi sahələrdə sıx əlaqə yaradıb. II Qarabağ müharibəsi zamanı da İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirdi. Azərbaycan İsrail münasibətləri ancaq ortaq maraqlara deyil tarixi münasibətlərə ortaq dəyərlərə əsaslanır.
Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət nəticəsində Azərbaycan İsrail dövlətləri arasındakı əməkdaşlıq gündən-günə artır. Bunun nəticəsidir ki, İsrail Respublikasının prezidenti İsxak Hersoqun ölkəmizə rəsmi səfəri reallaşdı. Ali qonağın qarşılanmsı üçün fəxri qaravul düzülüb. Daha sonra iki ölkə başçıları arasında geniş tərkibdə görüş oldu.
Səfər zamanı əsas məsələlər tibb, kənd təsərrüfatı, kibertəhlükəsizlik və hər iki tərəfin maraqlarına xidmət edən digər məsələlər idi. İsrail prezidentinin bu gün region ölkələrindən yalnız Azərbaycana səfər etməsi ölkəmizə olan xüsusi diqqəti və ölkəmizin güclü siyasətinin nəticəsidir. Çıxış zamanı İsxak Hersoq bildirib ki, İsrail və Azərbaycan arasındakı mövcud münasibətlər bütün dünya üçün nümunədir.
Azərbaycana gerçəkləşən rəsmi səfər ikitərəfli əlaqələrin genişlənməsində qarşılıqlı faydalı əməkdaşlığın dərinləsməsində uğurlu bir rol oynayacaq.
Bakıxanov qəsəbəsi, 72 saylı məktəb liseyin
tarix müəllimi Aygül Əfəndiyeva